Beynəlxalq Lizinq Şirkəti (Azərbaycan Beynəlxalq Bankının (ABB) törəməsi) fəaliyyətini dayandırıb. Bu barədə jurnalistlərə bankın İdarə Heyətinin sədri Xalid Əhədov məlumat verib.
«Hazırda şirkət yalnız yığımlarla məşğuldur, onun aktivləri azdır və yeni öhdəliklər götürmür», - deyə o bildirib.
Sədrin sözlərinə görə, Beynəlxalq Lizinq Şirkəti konservasiya mərhələsindədir.
X.Əhədov qeyd edib ki, bankın yenidən təşkili planına onun törəmə qurumlarının satışı daxildir.
Beynəlxalq Lizinq Şirkəti 1999-cu ildə fəaliyyətə başlayıb. Şirkətin bütün səhmləri ABB-yə məxsusdur.*
A.Axundov