2017-ci ilin yanvar-aprel aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 17 mln. 134,8 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
TRACECA çərçivəsində yüklərin 4 mln. 516,1 min tonu və ya 26,4%-i dəmir yolu nəqliyyatı, 10 mln. 322,8 tonu və ya 60,2%-i avtomobil nəqliyyatı, 2 mln. 295.9 min tonu və ya 13,4%-i dəniz nəqliyyatının payına düşüb.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 3 mln. 376,1 min tonu və ya 21,3% tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova