Çərşənbə axşamı Azərbaycan əsgərləri tərəfindən ələ keçirilən erməni təxribatçı Zaver Karapetyan Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın etməyə dair planlarını etiraf edib.
“Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik. Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub”, - deyə Z.Karapetyan dindirmə zamanı bildirib.
Müdafiə Nazirliyi bu gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü ilə videokadrlar yayıb.
Onun sözlərinə görə, qrupun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar. “Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”, - deyə Z.Karapetyan etiraf edib.
O qeyd edib ki, 1974-cü ildə Ermənistyanın Noyemberyan rayonunun Dovex kəndində anadan olub və orada yaşayır. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunub. **
R.Babayev