Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri 2017-ci il iyulun 22-dən gömrük rüsumlarından azad edilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabinetinin qərarına əsasən, bu güzəştlər iki il müddətində qüvvədə olacaq.
Belə güzəştlərin tətbiqi təşəbbüsü Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən irəli sürülüb.*
A.Əzizov