Mərkəzi Bank (AMB) 2017-ci ilin ikinci yarısında uçot dərəcəsinin azaldılması potensialını qeyd edir. Bu barədə bankın məlumatında deyilir.
“AMBilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir”, - deyə məlumatda bildirilir.
Mərkəzi Bankın İdarə Heyətinin iyunun 21-də keçirilən iclasında uçot dərəcəsi (15%) və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin (18%) dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.
“AMB-nin İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust tarixinə təyin edilib”, - deyə məlumatda vurğulanır.
İdarə Heyətində qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib, milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir.*
A.Axundov