Ermənistan silahlı qüvvələri cəbhə xəttində Azərbaycan Ordusuna qarşı döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından istifadə edib. Tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb”, - deyə məlumatda qeyd edilir.
Müdafiə Nazirliyi bildirir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaqdır.*
F.İsazadə