“Azneft” İstehsalat Birliyi “Səngəçal dəniz-Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işlərini avqust ayında yekunlaşdırmağı planlaşdırır. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Bu yataqda seysmik işlərə mart ayında start verilib.Çöl işlərinin avqust ayında yekunlaşdırılması planlaşdırılır. Əldə ediləcək materiallar “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən emal və interpretasiya olunacaq. Seysmik işlər yatağın qalıq ehtiyatlarının müəyyənləşdirilməsi, tektonikasının və geoloji quruluşunun dəqiqləşdirilməsi, yeni modelinin qurulması, eləcə də karbohidrogenlərin yayılma arealının proqnozlaşdırılması məqsədi ilə aparılır”, - deyə məlumatda qeyd olunur.
Əldə ediləcək materiallar “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən emal və interpretasiya olunacaq.*
N.Abbasova