Azərbaycanda iqtisadi artım nəzərdə tutulan struktur islahatların sürətlənməsindən asılı olacaq. Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
“İqtisadi artımın daha da yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərdə tutulan struktur islahatların sürətlənməsindən, xalis xarici tələbin genişlənməsi imkanlarından, investisiya aktivliyinin, o cümlədən maliyyə vasitəçilyinin bərpasından asılı olacaq”, - deyə məlumatda deyilir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda ÜDM 0,9% azalıb. Bu dövrdə neft ÜDM-in azalması 6,5%, nominal ifadədə 10 mlrd. 420,2 mln. manat olub.
Azərbaycan hökuməti 2017-cı ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada ÜDM 3,9% azalıb.**
A.Axundov