Azərbaycanda sahibkarlar indiyədək Sahibkarlığa Kömək Milli Fondun xətti ilə çprək istehsalı zrə müəssisəölərin yaradılması üçün 55 mln. manat məbləğində güzəştli vəsait əldə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
“İndiyədək sahibkarlara SKMF xətti ilə çörək istehsalı üzrə 31 müəssisənin yaradılması üçün 55 mln. manat məbləğində güzəştli kreditlər verilib. Hazırda 29 müəssisə artıq istifadəyə verilib”, - deyə Fonddan bildiriblər.
Bundan başqa, indiyıdək SKMF 51 logistik mərkəzin yaradılmasına 163 mln. manat və intensiv balıqşlıq, üzümçülük və şitil istehsalı üzrə 38 təsərrüfatın yaradılmasına 56,6 mln. manat məbləğində güzəştli kreditlər ayırıb.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsi ilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək. **
N.Abbasova