“Rossotrudniçestvo” MDB-ə üzv ölkələrində, həmçinin Azərbaycanda yeni nümayəndəliklər açacaq. Bu barədə “Rossotrudniçestvo”nun rəhbəriLyubov Qlebova bəyan edib.
“Rossotrudniçestvo” “yaxın perspektivdə“ nümayəndəliklərinin mədəniyyət mərkəzlərinin yeni filiallarını açmağı planlaşdırır”, - deyə L.Qlebova “Kommersant” qəzetinə müsahibəsində bildirib ki, MDB-nin 3 ölkəsində filial açmaq təşkilatın planlarına daxildir.
Onun sözlərinə görə, “Rossotrudniçestvo”nun mədəniyyət mərkəzinin nümayəndəliyi Gəncədə açılacaq.
L.Qlebova qeyd edib ki, mədəniyyət mərkəzlərinin açılması ictimai diplomatiyanın ənənəsidir, “lakin indi öncə olmayan çox sayda birbaşa əlaqələr qurulur”.
“Misal üçün, ali məktəblər arasında əlaqələr yaradılır, müxtəlif tədris mərkəzləri, ümumi elmi məktəblər, kafedralar açılır, beynəlxalq yay düşərgələri təşkil olunur. Buna görə, yalnız misal üçün birbaşa əlaqələrimizin olmadığı, təhlükəsizlik nöqteyi-nəzərindən mürəkkəb olan ölkələrdə dövlət hesabına daha bir mərkəz təşkil etmək üçün səy göstərmək lazımdır”, - deyə o vurğulayıb. **
R.Babayev