Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50.000 ABŞ dolları məbləğində yardım göstərilib”, - deyə məlumatda bildirilir.
Azərbaycan tərəfindən edilən bu yardım BMT baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib.*
F.İsazadə