2016-cı ilin sonuna “Azəristiliktəchizat” ASC-nin bölüşdürülməmiş ümumi zərəri 117 mln. 283,066 min manat təşkil edir, bu da ötən ilin əvvlinə olan göstəricidən 21,5% çoxdur.
Bu məlumatlar rəsmi mətbuatda dərc olunan ASC-nin 2016- il üzrə maliyyə hesabatına dair birləşdirilmiş hesabatında verilir. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları(MHBS)üzrə maliyyə auditi «V.I.P.- Audit» şikəti tərəfindən aparılıb.
2016-cı il ərzində ASC-nin zərəri 20 mln. 816,14 min manat təşkil edir.
Ötən il “Azəristiliktəchizat”ın aktivləri 0,3% - 191 mln. 137,963 min manatdək azalıb. Bununla belə, uzunmüddətli aktivləri 2% - 163 mln. 502,519 min manatadək azalıb, qısamüddətli aktivləri isə 10,7% - 27 mln. 635,444 min manatadək artıb.
2017-ci il yanvarın 1-nə cəmiyyətin kapitalı 103 mln. 331,782 min manata bərabərdir (azalma 12,8%). Cari ilin əvvəlinə nizamnamə kapitalı 19 mln. 266 min manat təşkil edib (dəyişməyib).
2017-ci il yanvarın 1-nə səhmdar cəmiyyətin öhdəlikləri 87 mln. 806,181 min manat olub (artım 19,9%). Bununla belə, cari ilin əvvəlinə vergi və digər öhdəliklər üzrə ayırmalar 1 mln. 376,095 min manat təşkil edib (azalma 20,7%).
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində inhisarçıdır. **
N.Abbasova