“BakuBus” MMC “Iveco” markalı 302 avtobus üçün ehtiyat hissələrinin tədarükçüsünü seçir. Bu barədə MMC-dən məlumat verilib.
Seçim açıq tender üsulu ilə keçirilir və “Iveco” markalı 302 avtobus, həmçinin «Iveco Crealis» markalı 151 avtobus və «Iveco Urbanay» markalı 151 avtobus üçün ehtiyat hissələrinin tədarükünü nəzrdə tutur.
Tenderdə iştirak üçün dövlət rüsumu 2 min manat təşkil edir.
Tender təklifinin dəyərinin 5% həöcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərin qəbulu avqustun 9-dək aparılacaq. Tender proseduru avqustun 10-da keçiriləcək.
“Baku Bus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “Baku Bus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. **
N.Abbasova