Prezident İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov prezidentə hərbi hissə, eləcə də də burada aparılmış inşaat işləri barədə məlumat verib.
Prezident İ.Əliyev hərbi hissənin ərazisində yerləşən kazarmalar, inzibati və digər binalarda yaradılan şərait, silah və hərbi texnika ilə tanış olub.*
F.İsazadə