SOCAR şirkəti (ARDNŞ) “Günəşli” yatağındakı 3 saylı dəniz özülündə əsaslı təmir işlərini başa çatdırmaq üzrədir. Bu barədə SOCAR-dan məlumat verilib.
“Hazırda “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparılır İşlərin baş podratçısı qismində “Neftqaztikinti” Tresti çıxış edir. 3 saylı özüldə təmir işləri artıq başa çatmaq üzrədir. 11 saylı özüldə isə əsaslı təmir üzrə işlərin isə 50%-dən çoxu görülüb”, - deyə məlumatda qeyd edilir.
Təmir işləri özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədilə aparılır.
Şirkət hər iki obyektdə təmir işlərinin başa çatacağı tarixi dəqiqləşdirmir. **
N.Abbasova