2017-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 768 mln. 162,7 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 3,4 min nəfər (artım 33,4%), dəniz nəqliyyatı ilə 8,1 min nəfər (artım 22,7%), hava nəqliyyatı ilə 784,8 min nəfər (artım 25,2%), metro ilə 97 mln. 476,1 min sərnişin (artım 6,3%) daşınıb.
Bu ilin yanvar-may aylarında avtomobil nəqliyyatı vasitələri ilə 668 mln. 890,3 min sərnişin (artım 1,9%), avtobuslarla 642 mln. 132,6 min sərnişin (artım 1,9%), taksi minik avtomobilləri ilə 26 mln. 757,7 min sərnişin (artım 3,1%) daşınıb.**
N.Abbasova