Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 23-də keçirilən növbəti depozit hərracında 200 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.AMB növbəti depozit hərracında 200 mln. manat cəlb edib
“AMB iyunun 23-də növbəti depozit hərracı keçirib. Hərracda təklif 387,5 mln. manat təşkil etsə də, Mərkəzi Bank 200 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 10,04% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsait 14 gün müddətinə cəlb olunub.
Qeyd edək ki, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
N.Abbasova