Azərbaycan prezidenti İlham Əliyev və Kosta Rika Respublikasının xarici işlər naziri Manuel Qonzales Sans Bakı və San-Xose arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edirlər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Cümə günü Bakıda keçirilən görüşdə iqtisadi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir. **
R.Babayev