"2017 Formula-1 Azərbaycan Qran-prisi" ilə əlaqədar olaraq banklar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
“Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə "2017 Formula-1 Azərbaycan Qran-prisi" ilə əlaqədar olaraq 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, yarışlar dövründə bankların 2 filial və 6 şöbəsi 24 saat fəaliyyət göstərəcək.*
A.Axundov