Fransa İnkişaf Agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-yə 112,5 mln. avro məbləğində kredit cəlb edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Bu vəsait Azərbaycanda iki lokomotiv deposunun tikintisinə yönəldiləcək”, - deyə hökumətdən qeyd ediblər.
Bununla belə, agentliyin həmsöhbəti kredit sazişinin imzalanması tarixi və digər şərtləri açıqlamayıb. **
A.Axundov