Azərbaycan hökuməti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) üçün portal kranların alınması ilə əlaqədar Almaniya İnkişaf Bankından (KfW) kredit cəlb etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Azərbaycan 2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün 6 ədəd portal kranın alınması üzrə KfW ilə birgə layihəsindəki payının maliyyələşdirilməsinə 3 mln. manat yönəldəcək», - deyə məlumatda bildirilir.
Bununla belə, hökumət KfW tərəfindən ayrılacaq kreditin məbləğini açıqlamayıb.*
A.Axunov