Rumıniyanın Azərbaycandakı səfirliyi 3 iyul-11 avqust tarixlərində viza və təcili səyahət sənədləri verilməsi istisna olmaqla, konsulluq xidmətlərini müvəqqəti dayandıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
“Qeyd olunan dövrdə səfirliyin konsulluq şöbəsi yalnız viza və təcili səyahət sənədləri verəcək”, - deyə məlumatda bildirilir.
Vətəndaşlıq, vətəndaşlıq vəziyyəti haqqında sənədlər, notarial sənədlər, Rumıniyadan sənədlərin alınması və pasportlarla bağlı xidmətlər üçün vətəndaşlar Rumıniyanın Gürcüstandakı səfirliyinə və ya bu ölkənin İstanbuldakı baş konsulluğuna müraciət etməlidir.
"Digər təcili hallarda səfirliyə müraciət etməyinizi xahiş edirik”, - deyə məlumatda qeyd olunur.*
F.İsazadə