Əmək münasibətlərinin tənzimlənməsi prosesinin təkmilləşdirilməsinə dair tədbirlər planı gələn həftə Prezident Administrasiyasına təqdim olunacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
"Hazırda sənədin hazırlanması başa çatmaq üzrədir. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən bu istiqamətdə müvafiq tədbirlər planına baxılıb", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, planın yekun variantı komissiya sədri və üzvlərinə təqdim olunacaq.
"Bu gün işin əsas istiqamətlərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) potensialının gücləndirilməsindən ibarətdir. İşəgötürənlər və işçilər arasında sağlam münasibətlərin təmin olunmasına, həmçinin elektron auditə və DƏMX işçilərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırmaq lazımdır", - deyə S.Müslümov vurğulayıb.*
R.Babayev