Təhsil müəssisələrinin optimallaşdırılması prosesi davam etdiriləcək. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
“Artıq bir çox peşə təhsil müəssisələri optimallaşdırılıb, onların bazasında daha böyük imkanlara və geniş resurslara malik olan peşə tədris mərkəzləri yaradılıb”, - deyə M.Cabbarov cümə axşamı jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bunun əsas məqsədi təhsil alanlar üçün təhsilin keyfiyyətinin qaldırılmasıdır.
O qeyd edib ki, hazırda respublikanın ali məktəblərində yeni idarəçilik strukturun yaradılması prosesi davam etdirilir. “Hər universitetdə yeni idarəçilik strukturu yaradılır. Bu tədbirlərin məqsədi müəllim və tələbələrin potensialının reallaşdırılacağı rəqabətə davamlı universİtetlərin yaradılmasıdır”, - o vurğulayıb. **
A.Əzizov