SOCAR-ın Kompleks Qazma İşləri “Qərbi Abşeron” yatağındakı yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Layihə dərinliyi 750 metr olan 6 nömrəli quyu 54 nömrəli stasionar dəniz özülündən Qirməki Altı Lay Dəstəsinə qazılır.
Quyuda qazma işləri “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə həyata keçirilir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.*