İsrail və Rusiyanın ictimai xadimi, publisist Aviqdor Eskin Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
Məlumatda bildirilir ki, rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər etmiş hər bir şəxs tutduğu vəzifədən və statusundan asılı olmayaraq Azərbaycanda arzuolunmaz şəxs elan edilir.
A.Eskin iyunun 28-də Dağlıq Qarabağa səfər edib və orada olduğu bir gün yarım ərzində bir sıra görüşlər keçirib.*
F.İsazadə