3-9 iyul tarixində İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Mədəniyyət Günləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasənkeçiriləcək.
“Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx və miniatür kitab sərgiləri keçiriləcək”, - məlumatda deyilir.
Mədəniyyət Günlərində iştirak edəcək nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcək.**
F.İsazadə