Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Ramazan bayramı münasibətilə təbrik edib.
“Melania və mən Amerika xalqı adından sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq”, - dövlət başçısının saytında dərc olunan təbrik məktubunda deyilir.
D.Tramp vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər.
“Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər”, - ABŞ prezidenti qeyd edib. **
R.Babayev