Astana və Bakının potensialı onlara subregional miqyasda lider olmağa imkan verir. Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev belə hesab edir.
«Azərbaycan və Qazaxıstanın nəinki regionda, həm də subregional miqyasda lider olmaq üçün potensialı var», - deyə o, Qazaxıstan Respublikasının diplomatiya xidmətinin 25 illiyinə həsr edilmiş təntənəli qəbulda bildirib.
Səfir qeyd edib ki, iki ölkə arasında hər zaman qarşılıqlı anlaşma olub, Bakı və Astana bir-birini həmişə dəstəkləyib.
«Bu səmimi, qardaşlıq münasibətlərinin əsası eks-prezident Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət bu gün də davam edir», - deyə B.İsabayev vurğulayıb.*
F.İsazadə