Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və NATO baş katibinin müavini Rouz Gotemoller Bakı ilə Alyans arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.Nazir Zakir Həsənov və NATO baş katibinin müavini əməkdaşlıq məsələlərini müzakirə ediblər
“Z.Həsənov və R.Gotemoller Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və Bakının Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar”, - nazirliyin məlumatında deyilir.
Görüş zamanı Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə NATO baş katibinin müavininə məlumat verib.
Müdafiə naziri həmçinin Makedoniyanın yeni təyin olunmuş müdafiə naziri Radmila Shekerinska ilə görüş keçirib.
Z.Həsənovun Brüsseldə görüşləri Şimali Atlantika Şurasının Əfqanıstan İslam Respublikasındakı Qətiyyətli Dəstək Missiyası (QDM) formatında Müdafiə nazirləri səviyyəsində keçirilən görüş çərçivəsində keçirilib. **
F.İsazadə