Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin və bir sıra şəhərlərin Apellyasiya məhkəmələrinin hakimləri təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Ali Məhkəmənin hakimləri Şəlalə Məmmədova, Akif İsgəndərov, Əhməd Nurməmmədov, Mehparə Əhmədova, İmran Hacıqayıbov və Rahib Nəbizadənin səlahiyyət müddəti uzadılıb.
Tahir Kazımov Ali Məhkəmənin hakimi təyin edilib.
Bundan başqa, Elşanə Vəliyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimi təyin edilib.
İlham Cəfərov Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.
Parlament, həmçinin Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinin bir sıra hakimlərini vəzifəyə təyin və vəzifədən azad edib.*
A.Axundov