Milli Məclisin birinci vitse-spikeri hesab edir ki, müəyyən qüvvələr Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı daha çox qərar çıxardığını bəyan edirlər. “Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin ölkəmizlə bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirir”, - Z.Əsgərov bu gün parlamentin növbədənkənar sessiyasının sonunucu plenar iclasında bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə AİHM Azərbaycanla bağlı 16 qərar qəbul etdiyi halda, bir sıra Avropa ölkələri arəsində bu cür qərarların sayı daha çox olub.
“Statistikaya nəzər salsaq, 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunub. İlk dördlüyə digər ölkələr daxildir. Belə ki, Yunanıstan barəsində 41, Özbəkistan barəsində 33 qərar çıxarılıb. Bu nöqteyi-nəzərdən, əhalinin sayını da nəzərə almaq lazımdır”, - vitse-spiker vurğulayıb.
Z.Əsgərov bildirib ki, Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin məhkəmə sistemində apardığı islahatları yüksək qiymətləndirir. “Lakin bəzi qüvvələr buna kölgə salmağa çalışırlar”, - vitse-spiker yekun vurub. **
R.Babayev