13-14 iyul tarixlərində Azərbaycan-Tacikistan HökumətlərarasıİqtisadiKomissiyanınBakıda iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Tacikistan səfirliyindən məlumat verilib.
“13-14 iyul tarixlərində HökumətlərarasıKomissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Tacikistanın iqtisadi inkişafvə ticarətnaziri NematulloXikmatullozoda Azərbaycana səfər edəcək”, - səfirlikdən qeyd ediblər.
Səfər çərçivəsində N.Xikmatullozoda Azərbaycan rəsmiləri və biznes dairələri ilə görüşlər keçirəcək. Görüşlərdə iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunacaq.
HökumətlərarasıKomissiyanın üçüncü iclası 2014-cü ilin oktyabr ayında Düşənbə şəhərində keçirilib.
Azərbaycan tərəfindən HökumətlərarasıKomissiyanın həmsədri iqtisadi inkişaf naziriŞahin Mustafayevdir. **
F.İsazadə