Milli Məclis bu gün keçirilən plenar iclasda II və III oxunuşda "İşsizlikdən sığorta haqqında" qanunu qəbuledib.
Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb.
İşsizlikdən sığorta bu qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
Qanun layihəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib.
İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.
Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%. **
A.Axundov