Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşları Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın 12 sakinini təxliyə edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Nizami rayonunda 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 12 nəfər isə təhlükəsiz əraziyə təxliyə olunub. 3 nəfər tüstüdən zəhərlənib”, - deyə məlumatda bildirilir.
Yanğın saat 11:56-da söndürülüb.*
A.Əzizov