Bloqer Aleksandr Lapşin bu gün keçirilən məhkəmə prosesində bildirib ki, Dağlıq Qarabağa yalnız turist kimi səfərlər edib.
"Mən özümü təqsirli bilmirəm. Dağlıq Qarabağa turist kimi səfər etmişəm. Qarabağ münaqişəsi haqqında daha ətraflı məlumatı ittiham aktı materiallarından əldə etmişəm”, - deyə o, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin iclasında bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məhkəmə zalından verdiyi məlumata görə, bloqer Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyib.
"Bloqumda yalnız turist kimi təəssüratlarımla bölüşmüşəm və bu, siyasi yazılar deyildi. Mən Qarabağda iki dəfə olmuşam və orada rəhbər şəxslərdən heç kimlə görüşməmişəm", - deyə A.Lapşin qeyd edib.
Məhkəmə prosesi ittiham aktının oxunması ilə başlayıb. İttiham aktında deyilir ki, bloqer A.Lapşin 2011-2016-cı illərdə Azərbaycanın işğal altında olan ərazilərinə dəfələrlə səfər edib.
Məhkəmənin növbəti iclası iyulun 3-də keçiriləcək.*
R.Babayev