Bakı və Sofiya təhsil, ASK, energetika və turizm sahələrində əməkdaşlığı genişləndirə bilər. İqtisadiyyat naziri Şahin Mustafayev belə hesab edir.
Ş.Mustafayev Bolqarıstan Parlamentinin Büdcə və Maliyyə üzrə Komissiyasının sədri Menda Stoyanova ilə Bakıda görüşüb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Görüşdə nazir bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycanda Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir. Ş.Mustafayev energetika, təhsil, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb”, - məlumatda deyilir.
Nazirin sözlərinə görə, Bolqarıstan şirkərləri Azərbaycanda sənaye parklarına və aqroparklara investisiya yatıra bilərlər.
Bundan başqa, Bolqarıstan Azərbaycanın tranzit imkanlarından yararlana bilər. **
A.Əzizov