Rusiyanın Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Beynəlxalqəlaqələrşöbəsininmüdiri Elnur Hümbətov Ulyanovskda ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə Rusiya regionunun Administrasiyasından məlumat verilib.
“Tərəflər mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Həmçinin memorandumun imzalanması planlaşdırılır”, - məlumatda deyilir.
“Azərbaycanda həmkarlarımız sadə insanların rifahına naminə çalışan yüksək texnologiyaların inkişafı sahəsində çox nəticələr əldə ediblər. Bu unikal təcrübənin Ulyanovsk vilayətində “Ağıllı region” konsepsiyasına daxil etdiyimiz öz işlərimizlə bərabər istifadə etmək imkanımızın olması daha vacibdir”, - S.Morozov bildirib.
Görüşün nəticələrinə əsasən, qubernator vilayətin “Vətəndaş üçün hökuməti” korporasiyası qarşısında dövlət xidmətlərinə özəl xidmətləri də əlavə edərək, çoxfunksiyalı mərkəzlərin ofislərinin bazasında xidmətlər siyahısının genişləndirilməsi vəzifəsini qoyub.
E.Hümbətov Azərbaycanda sakinlərin bir sıra pulsuz və pullu xidmətlər üşün müraciət etdikləri “ASAN xidmət” mərkəzlərinin işini Sergey Morozova təqdim edib.
Onun sözlərinə görə, qarşılıqlı əlaqə ailəı biznesinə dövlət dəstəyi, İT-texnologiyaların inkişafı, dövlət xidmətlərinin göstərilməsi sürətinin artırılması kimi sahələri əhatə edə bilər.
“Əməkdaşlıq perspektivlərinin sayı çoxdur. Təcrübə, fikir mübadiləsi aparmaq mümkündür. “ASAN Treninq Mərkəzi”miz var, tanışılıq səfərləri ikitərəfli treninqlər təşkil etmək olar. Hazırda Rusiya-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu mənada, mehriban qonşuluq münasibətlərini niyə də əlaqələndirməyək”, - E.Hümbətov vurğulayıb. **
R.Babayev