Azərbaycan İpoteka Fondu “Standard Insurance” sığorta şirkətini sığorta agenti siyahısından çıxardıb.
AİF-in saytında dərc olunan məlumata görə, beləliklə fondun sığorta agentlərinin sayı 16-dək azalıb.
Öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan edib ki, "Standard Insurance" sığorta şirkətinə kapitallaşma ilə əlaqədar verilmiş möhlət iyun ayında bitib.
Şirkətin məlumatına görə, hələlik kapital tənzimləyicinin tələblərinə uyğun səviyyədə artırılmayıb. Lakin bazarı tərk etmək niyyətində deyil və yaxın zamanda kapitalla bağlı problemi həll edəcək.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Şirkətin səhmdarı bir hüquqi şəxsdir, nizamnamə kapitalı 11 mln. manata bərabərdir. 1 yanvar 2017-ci il tarixinə şirkətin kapitalı 7 mln. 304,219 min manat təşkil edir və 2016-cı il ərzində 44,2% azalıb. **
A.Axundov