"M.Nazimoğlu" MMC Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4 saylı tədris binasının təmirini həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.“M.Nazimoğlu” UNEC-in tədris korpuslarından birinin təmirini həyata keçirəcək
"İyunun 29-da UNEC və "M.Nazimoğlu" MMC arasında təmir işlərinin həyata keçirilməsi haqqında müqavilə bağlanıb", - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 96 min 439,57 manatdır.*
A.Əzizov