Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Aleksandr Lapşinin işi üzrə keçirilən prosesdə zərərçəkənlərin ifadələri dinlənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məhkəmə zalından məlumat verib.
«Biz əslən Dağlıq Qarabağdanıq. Bütün əmlakımız Şuşada qalıb. Lapşin Dağlıq Qarabağa səfər edərək bu ərazini erməni torpağı kimi qələmə verib və nəticədə azərbaycanlılar psixoloji travma alıb», - deyə prosesdə zərərçəkən qismində iştirak edən məcburi köçkünlər, Şuşa şəhər sakinləri Eyyub Əbdüləzizov və Fəxrəddin Səfərov bildiriblər.
Məhkəmənin növbəti iclası iyulun 6-da davam edəcək.
A.Lapşin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyib. O qeyd edib ki, Dağlıq Qarabağa yalnız turist kimi səfər edib və bu səfərlər siyasi xarakterli deyil.*
R.Babayev