Yay mövsümü başlanandan havanın temperaturunun yüksək olması ilə əlaqədar 7 nəfər tibb müəssisələrinə müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Yay mövsümü başlanandan isti hava şəraiti ilə bağlı 7 nəfər tibb müəssisələrinə müraciət edib. Onlardan 2 nəfər günvurma ilə bağlı xəstəxaya yerləşdirilib, səhərisi gün isə evə buraxııb”, - o bildirib.
L.Bayramovanın sözlərinə görə, tibb müəssisələrinə müraciət edən qaln 5 nəfərə təcili tibbi yardm göstərilib və onlar həmçinin evə buraxılıb.
İyulun 2-dən etibarən Azərbaycanda isti hava şəraiti hökm sürür. Havanın temperaturu +40 dərəcəyə yaxındır. **
R.Babayev