Azərbaycan və Latviya audit sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib. Bu barədə Azərbaycan Auditorlar Palatasının (AAP) məlumatında deyilir.
“İyunun 30-da Azərbaycan Auditorlar Palatası vəLatviya Mühasiblər Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd hər iki qurumun fəaliyyətinə müsbət təsir edəcək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq və gələcəkdə bir-birinə beynəlxalq səviyyədə dəstək olmaq istiqamətində mühüm əhəmiyyətə malik olacaq”, - deyə məlumatda bildirilir.
Azərbaycan Respublikasının Auditorlar Palatası 40-a yaxın xarici ölkənin audit və mühasibat qurumları ilə əməkdaşlıq edir.
“Görüşdə, həmçinin Azərbaycan və Latviya auditinin mövcud durumu, onların qarşısında duran problemlərin həlli yolları, maliyyə hesabatlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi istiqamətləri barədə müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova