Maliyyə Nazirliyinə dövlət xəzinədarlıq sisteminin inkişafına dövlət büdcəsindən 4,7 mln. manat vəsait ayrılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
“30 iyun 2017-ci il tarixindən parlament tərəfindən qəbul edilən cari il üzrə dövlət büdcəsinə düzəlişlərdə xəzinədarlıq sisteminin inkişafı üçün Maliyyə Nazirliyinə 4,7 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur”, - Palatadan qeyd ediblər.
Bu vəsaitin 2,3 mln. manat məbləğin Dövlət Xəzinədarlıq İnformasiya İdarəetmənin tətbiqinə yönəltmək planlaşdırılır.
Bundan başqa, 2,4 mln. manat büdcə idarəetmə sistemi üçün proqram təminatının satınalınmasına yönəldiləcək. **
A.Əzizov