Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin Pensiya Təminatı Departamentinin direktor müavini Svetlana Komarovanın başçılıq etdiyi nümayəndə heyəti pensiya təminatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Rusiya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan vacib istiqamətlərdən biri də pensiya təminatına aiddir”, - deyə İ.İsayev bildirib.
Onun sözlərinə görə,bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin vətəndaşlarının pensiya və digər sosial müdafiə hüquqlarının müdafiəsi baxımından xüsusi önəm kəsb edir.
S.Komarova və nümayəndə heyətinin digər üzvləri ötən dövrdə iki ölkə arasında əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, əmək miqrasiyası, aktiv əmək bazarı proqramlarının hazırlanması, tibbi-sosial reabilitasiya, peşə hazırlığı və s. sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıblar.*
R.Babayev