Azərbaycan hökuməti Asan Viza sistemi vasitəsi ilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi üzrə təkliflər hazırlayacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması” üzrə İşçi Qrupunun iclası keçirilib.
“İclasın yekunu olaraq Asan Viza sistemi vasitəsi ilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair qərar qəbul olunub”, - nazirlik qeyd edir.
O cümlədən, iclasda Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının müştəri (turist) məmnuniyyətinin və xarici dil biliklərinin artırılması üzrə təlimlərin iyul ayından etibarən keçirilməsiməsələlər müzakirə olunub. **
F.İsazadə