SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2017-ci ilin birinci yarısında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 1 mln. 315,184 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin birinci yarısında SOCAR Supsa limanından 1 mln. 217,067 min ton neft ixrac edib. Beləliklə, cari ilin yanvar-iyun aylarında Supsa limanından ixracın həcmi 8,1% artıb.
2017-ci ilin iyun ayında şirkət Supsa limanından 176,139 min ton neft yola salıb.
Ötən il SOCAR sözügedən limandan 2 mln. 383,854 min ton neft nəql edib.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqları blokunun işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.**
N.Abbasova