İran tərəfi Bakı, Gəncə və Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlıdır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu İranın vitse-prezident, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur deyib.
“Biz İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlıyıq”, - deyə o, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə bildirib.
İranlı vitse-prezidentin sözlərinə görə, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.
Qeyd edək ki, 3-9 iyul tarixlərində İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar Ə.Qarayev Tehranda səfərdədir.*
R.Babayev