Azərbaycan hökuməti bir sıra sahələrdə dövlət proqramları hazırlayır. Bu barədə "Azərbaycan – 2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə doğru" adlı hesabatda qeyd edilir.
"Hökumət 2017-2030-cu illər üçün Məşğulluq Strategiyası, 2017-2021-ci illər üçün Əhalinin yaşlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı, 2017-2021-ci illərdə Azərbaycan gəncliyinin inkişafı üzrə Dövlət Proqramı, 2017-2030-cu illərdə demoqrafik inkişaf və əhalinin məşğulluğu üzrə Dövlət Proqramının layihələri üzərində işləyir", - deyə hesabatda bildirilir.
Bundan başqa, 2030-cu ilə qədər energetika sektorunun inkişafı üzrə Dövlət Proqramı, 2018-2025-ci illərdə Rəsmi statistikanın inkişafı üzrə Dövlət Proqramı, Ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı, 2018-2020-ci illər üçün Səhralaşmaya qarşı mübarizə üzrə Milli Plan, Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə turizm sektorunun inkişafı üçün investisiya layihələrinin maliyyələşdirilməsi üzrə sənədin layihələri hazırlanıb.*
A.Axundov