“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-yə məxsus “İslam Səfərli” tankeri təmirə dayanıb. Bu barədə gəmiçiliyin məlumatında deyilir.
““Zığ” Gəmi Təmiri Zavodunda tankerin əsaslı təmirinə başlanılıb. Gəmidə ümumi təmizləmə, gövdə hissəsində isə defektasiya işləri aparılır”, - deyə məlumatda bildirilir.
Eyni zamanda yük anbarlarında və ballast çənlərində qüsur aktlarına əsasən gövdə-qaynaq işləri görülür.
“İslam Səfərli” tankeri 1984-cü ildə inşa edilib. Uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye yüklərin daşınmasında istismar edilir.*
N.Abbasova